Sisişvili adına Klinikada koronavirusa yoluxan körpə dünyasını dəyişdi
Sisişvili adına Klinikada koronavirusa yoluxan körpə dünyasını dəyişdi

Sisişvili adına Klinikada koronavirusa yoluxan tənəffüs aparatına qoşulan ikinci körpə dünyasını dəyişdi, – bu barədə Sisişvili adına Yeni Uşaq Klinikasının direktoru, David Rexviaşvili bəyan etdi.

Rexviaşvilinin dediyinə görə, uşağı işöal olunmuş Abxaziayadan Tbilisiyə iyulun birində gətirdilər və bundan sonra  tənəffüs aparatına qoşulmuşdu.

“Təxminən iki aylıq olan körpədə, üzdəniraq hind ştammı təsdiq olunmuşdu. Onda koronavirus 24 iyunda təsdiq olundu. Soxumi Klinikasında müalicə olunurdu və ağırlaşmadan sonra, bizim klinikaya daxil etdilər. Klinikaya daxil olarkən pasiyentin vəziyyəti kritik idi, tənəffüs aparatına qoşuldu. Elə başdan “Eveksin” tibbi bordu və  Gürcüstan Tibbi İctimaiyyəti qoşulmuşdu. Müalicə və monitorinq hər cür ardıcıl metodlarla həyata keçirilirdi. Lakin dünən təəssüfləndirici fakt baş verdi. Gecə saatlarında körpə dünyasını dəyişdi. Xroniki xəstəlikləri qeydə alıpnmırdı. Müvafiq olaraq, əsas səbəb koronavirus xəstəliyidir. Anası sağaldı və klinikada qalır”, – David Rexviaşvili bəyan etdi.

Klinikada olan koronavirusa yoluxmuş üçüncü körpəyə gəldikdə, onun sağlamlıq vəziyyəti yaxşılaşdı.