Sioni Kafedral Məbədində Eldar Şenqelaianın mülki yas mərasimi keçirilir

 

Sioni Kafedral Məbədində Eldar Şenqelaianın mülki yas mərasimi keçirilir.

Həmkarları, dostları, siyasətçilər və sadə vətəndaşlar ehtiramlarını bildirmək üçün səhər saatlarından etibarən Sioni məbədinə gedirlər.

Bununla yanaşı, “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili həyat yoldaşı Ekaterine Xvedelidze ilə birlikdə Eldar Şenqelaianın ailə üzvlərinə başsağlığı verib.

Rejissorun cənazəsini saat 14:00-da Sioni Kafedral Məbədindən çıxaracaqlar və Didube Panteonunda valideynləri – Nato Vaçnadze, Nikoloz Şenqelaia və qardaşı Qiorqi Şenqelaianın yanında dəfn edəcəklər.

Eldar Şenqelaia avqustun 4-də 92 yaşında dünyasını dəyişib.