Sinoptiklərin proqnozuna görə, yüksək temperatur fonunda iyulun 21–23-də Gürcüstanın ayrı-ayrı rayonlarında qısamüddətli yağış gözlənilir

20:50, 20.07.2026

Gürcüstanın Milli Ətraf Mühit Agentliyi iyulun 21–23-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə Gürcüstanın ayrı-ayrı rayonlarında yüksək temperatur fonunda qısamüddətli yağış və şimşək çaxacağı gözlənilir.
Tbilisidə qısamüddətli zəif yağış və şimşək ehtimalı var. Gündüz saatlarında havanın temperaturu +31…+33 dərəcə olacaq.
Sahil rayonlarında – Batumi, Kobuleti, Anakliya və Potidə hava isti və əsasən yağıntısız keçəcək. Gündüz temperatur +27…+29 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın aran rayonlarında – Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili və Ozurgetidə bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Gündüz temperatur +30…+32 dərəcə olacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında – Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo və Rikoti aşırımında da bəzi yerlərdə qısamüddətli yağış və şimşək proqnozlaşdırılır. Havanın temperaturu +30…+32 dərəcə olacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq ərazilərində – Mestia və Baxmaroda bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Gündüz temperatur +27…+29 dərəcə təşkil edəcək.
Kartli bölgəsində – Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tsxinvalidə bəzi yerlərdə qısamüddətli yağış və şimşək olacaq. Havanın temperaturu +31…+33 dərəcə səviyyəsində gözlənilir.
Kaxeti bölgəsində – Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta və Dedoplistskaro rayonlarında da bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Gündüz temperatur +31…+33 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında – Axaltsixe, Borjomi, Duşeti, Tianeti və Pasanauridə bəzi yerlərdə qısamüddətli yağış və şimşək ehtimalı var. Gündüz temperatur +28…+30 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq ərazilərində – Axalkalaki, Tsalka, Bakuriani, Qudauri və Omaloda bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Gündüz temperatur +23…+25 dərəcə olacaq.

Oxşar