Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə Şərqi Gürcüstanda havanın temperaturunun 38–41 dərəcəyədək yüksəlməsi gözlənilir
Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə Şərqi Gürcüstanda havanın temperaturunun 38–41 dərəcəyədək yüksəlməsi gözlənilir

Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, Gürcüstanda havanın temperaturu 41 dərəcəyədək arta bilər.

“27–31 iyul tarixlərində – Qərbi Gürcüstanın düzənlik və dağlıq rayonlarında, həmçinin 29–31 iyul tarixlərində Şərqi Gürcüstanın düzənlik və dağlıq ərazilərində bəzi yerlərdə havanın temperaturunun 38–41 dərəcəyədək yüksəlməsi gözlənilir.

Gözlənilən yüksək temperatur istilik stressi və meşə yanğınları riskini artıran şərait yaradır (təhlükə səviyyəsi orta hesab olunur)”, – deyə Ətraf Mühitin Milli Agentliyinin məlumatında qeyd olunur.