Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, martın 21-də Gürcüstanda yağış, yüksək dağlıq yerlərdə bəzən qar gözlənilir.
Sinoptiklərin proqnozuna görə, qərb istiqamətli güclü külək əsəcək.
“Martın 21-də Gürcüstan ərazisində Qara Dənizin şimal-qərbindən nisbətən sərin hava kütləsinin yayılmasına görə, yağış, yüksək dağlıq yerlərdə bəzən qar gözlənilir.
Qərb istiqamətli güclü külək əsəcək. Gözlənilən yağışlar martın 22-nin səhərinə qədər çaylarda sunun səviyyəsinin artmasına səbəb ola bilər”, – Ətraf Mühitin Milli Agentliyində bəyan edirlər.