Sinoptiklərin proqnozuna görə, növbəti günlər ərzində Gürcüstanda vaxtaşırı yağış gözlənilir
Ətraf Mühitin Agentliyinin məlumatına görə, 17 pktyabr gecədən 21 oktyabra qədər Gürcüstanda vaxtaşırı yağış gözlənilir, bəzən güclü, qərb istiüqamətli külək əsəcək.
Elə onların məlumatına görə, 20 oktyabrda hava temperaturu əhəmiyyətli dərəcədə düşəcək, yüksək dağlıq yerlədə qar yağacaq, dənizdə 4-5 ballıq fırtının olması mümkndür.
Ətraf Mühitin Agentliyində qeyd edirlər ki, gözlənilən güclü yağışlar Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli artmasına, ölkənin dağlıq zonalarında, torpaq sürüşməsi prosesinin başlaması-fəallaşmasına səbəb olması mümkündür.