Sinoptiklərin proqnozuna görə, iyulun 23-ü axşam saatlarından 24-ü səhərədək Gürcüstanın əksər ərazilərində fasilələrlə yağış, şimşək çaxması və dolu gözlənilir
Gürcüstanın Milli Ətraf Mühit Agentliyi ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Sinoptiklərin proqnozuna görə, iyulun 23-ü axşam saatlarından 24-ü səhərədək Gürcüstanın əksər ərazilərində fasilələrlə yağış gözlənilir. Raça-Leçxumi və Aşağı Svaneti, Sameqrelo–Yuxarı Svaneti, İmereti, Samtsxe-Cavaxeti, Şida Kartli, Kvemo Kartli, Msxeta-Mtianeti və Kaxeti bölgələrinin bəzi ərazilərində yağıntının güclü olacağı proqnozlaşdırılır. Şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi də istisna edilmir.
Milli Ətraf Mühit Agentliyinin məlumatında bildirilir ki, güclü yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi arta, kiçik çaylarda sel baş verə, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və palçıq axını prosesləri yarana və ya aktivləşə bilər. Təhlükə səviyyəsi orta qiymətləndirilir.