Sinoptiklərin proqnozuna görə, Gürcüstanda sabahdan yağmurlu hava gözlənilir
Ətraf Mühitin Milli Mühafizəsi Agentliyinin məlumatına görə, 4 mayda günün ikinci yarısından qərbi Gürcüstanda 5 mayın səhərinə qədər, qərbi Gürcüstanda isə, 6 mayın səhərinə qədər yağış gözlənilir, bəzi yerlədə güclü, şimşəyin, dolunun, güclü küləyin olması, dənizdə 2-3 ballıq fırtınanın olması mümkündür.
“Gözlənilən güclü yağmurların qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin artmasına, ölkənin dağlıq zonalarında qar uçqunun formalaşmasına səbəb olması mümkündür”, – Ətraf Mühitin Milli Mühafizəsi Agentliyində bəyan edirlər.