Günün ikinci yarısında, bütün Gürcüstan ərazisində qıza sürəli yağış və şimşək gözlənilir, – bu barədə məlumatı Ətraf Mühitin qorunmasının milli Agentliyində verdilər.
Agentliyin məlumatına görə, yağışlı havalara rəğmən, dolu yağma ehtimalı çox azdır.
Agentlikdə həmçinin, bəyan edirlər ki, şərgi Gürcüstanda şimaldan gələn sərin havalara görə, havanın maksimal dərəcəsi 25-30 qradus olacaq.
Pis hava durumuna görə, dünən Kaxeti regionunda problemlər yarandı.
Təbii fəlakət nəticəsində Axmeta rayonunun üç kəndində Kistauridə, Axçani və Matanidə üzüm əkinləri tamamilə məhv oldu.
Telavi şəhərində, güclü yağışa görə, su kanalları suyun axınına dayana bilmədilər və şəhərdəki evlərin birinci mərtəbələrini su basdı və küçələrdəki asfalt örtüsü dağıldı.