Sinoptiklərin proqnozuna görə, bu yay Gürcüstan ərazisində hava temperaturu normadan yüksək olacaq
Sinoptiklərin proqnozuna görə, bu yay Gürcüstan ərazisində hava temperaturu bir qradusla normadan yüksək olacaq.
Bu barədə məlumatı Ətraf Mühitin Qorunması və Kənd Təsərrüfatı Nazirliyi Yayır.
İdarənin məlumatına görə, beynəlxalq mütəxəssislərin proqnozlarına əsasən, 2019-cu ilin yay fəslində Aralıq Dənizinin sahilində və Qafqaz regionunda dominant rolu Sakit və Atlantk okeanlarda baş verən proseslər oynayacaq.
Orada gözlənilən prosesləri nəzərə alaraq, sinoptiklər bu yay Gürcüstanda hava temperaturunun bir qradusun normadan artıq olacağını və normadan çox yağışların olacağını proqnoz edirlər.