Sinoptiklərin proqnozuna görə, 9 yanvardan 10 yanvar səhərinədək Qərbi Gürcüstanda yağış, dənizdə fırtına, yüksək dağlıq rayonlarda qar və qar uçqunu təhlükəsi gözlənilir
Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhalini xəbərdar edir.
Sinoptiklərin proqnozuna əsasən, 9 yanvardan 10 yanvar səhərinədək Qərbi Gürcüstanda yağış, bəzi yerlərdə güclü və şimşəklə müşayiət olunan yağıntı gözlənilir. Küləyin güclənməsi və dənizdə 3–4 ballıq fırtınalı dalğalanma mümkündür.
“Ölkənin yüksək dağlıq rayonlarında qar yağacağı, bəzi yerlərdə güclü olacağı, duman, çovğun və qar uçqunu təhlükəsi gözlənilir. Güclü qar, çovğun, görünüş məsafəsinin azalması, buzlanma və qar uçqunu təhlükəsi səbəbindən avtomobil yollarının ayrı-ayrı sahələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər. Gözlənilən yağıntılar Qərbi Gürcüstanın çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, həmçinin təpəlik və dağlıq zonalarda sürüşmə və sel proseslərinin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi – orta)”, – deyə Milli Ətraf Mühit Agentliyinin məlumatında bildirilir.