Sinoptiklərin proqnozuna görə, 20 oktyabrda Qərbi Gürcüstanda yağış, bəzi yerlərdə güclü yağış, həmçinin ildırım və küləyin güclənməsi gözlənilir
Ətraf Mühitin Milli Agentliyi əhaliyə gözlənilən hava şəraiti barədə xəbərdarlıq edir.
Sinoptiklərin proqnozuna əsasən, 20 oktyabrda Qərbi Gürcüstanda yağış yağacaq, bəzi yerlərdə yağış güclü olacaq, həmçinin ildırım və küləyin güclənməsi mümkündür.
“Gözlənilən yağıntılar Qərbi Gürcüstanın kiçik çaylarında daşqınlara, həmçinin təpəlik və dağlıq zonalarda torpaq sürüşməsi və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi aşağıdır),” – deyə Ətraf Mühitin Milli Agentliyinin məlumatında bildirilir.