Sinoptiklərin proqnozuna görə, 20 iyulun gün sonundan 22 iyulun səhərinədək yüksək temperatur fonunda fasilələrlə qısamüddətli yağış, şimşək, dolu ehtimalı və küləyin güclənməsi gözlənilir
Ətraf Mühit Milli Agentliyinin məlumatına görə, 20 iyulun gün sonundan 22 iyulun səhərinədək Gürcüstanda yüksək temperatur fonunda fasilələrlə qısamüddətli yağış və şimşək gözlənilir. Dağlıq və yüksək dağlıq zonalarda bəzi yerlərdə yağıntılar güclü ola bilər, dolu və küləyin güclənməsi ehtimalı var.
“Gözlənilən yağıntılar Şərqi Gürcüstanın kiçik çaylarında daşqınlara, həmçinin təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin başlanmasına və ya aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi – orta)”, – deyə Ətraf Mühit Milli Agentliyinin məlumatında bildirilir.