Sinoptiklərin proqnozuna görə, 18–20 sentyabrda Gürcüstanda yağış, dolu, dənizdə fırtına, dağlıq zonalarda isə sürüşmə proseslərinin aktivləşməsi gözlənilir
Ətraf Mühitin Milli Agentliyi yaxın günlərdə gözlənilən hava şəraiti barədə əhaliyə məlumat yayıb.
Sinoptiklərin proqnozuna görə, sentyabrın 18-i günün sonundan 20-si günün ikinci yarısınadək Gürcüstanda yağış yağacaq, bəzi yerlərdə güclü olacaq, ildırım, dolu və küləyin güclənməsi mümkündür. Dənizdə isə 3–4 ballıq fırtınalı dalğa müşahidə olunacaq.
“Mövcud yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, həmçinin təpəlik və dağlıq zonalarda sürüşmə–sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi orta),” – deyə Ətraf Mühitin Milli Agentliyinin məlumatında bildirilir.