Sinoptiklərin proqnozuna əsasən, yüksək temperatur fonunda iyulun 22-24-də Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış gözlənilir
Milli Ətraf Mühit Agentliyi iyulun 22-24-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Sinoptiklərin proqnozuna əsasən, yaxın günlərdə Gürcüstanın bəzi rayonlarında yüksək temperatur fonunda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı, dağlıq və yüksək dağlıq zonada bəzi yerlərdə güclü olacağı gözlənilir, dolu düşə bilər və qısamüddətli küləyin güclənəcəyi gözlənilir.
Tbilisidə gecə saatlarında şimşəyin müşaiyəti ilə qısamüddətli yağış yağması və küləyin qısamüddətli güclənməsi mümkündür. Havanın temperaturu gündüz saatlarında +33, +35 dərəcə qeydə alınacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): bəzi yerlərdə şimşəyin müşaiyəti və küləyin güclənməsi ilə qısamüddətli yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +29, +31 dərəcə qeydə alınacaq. Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): bəzi yerlərdə şimşəyin müşaiyəti və küləyin güclənməsi ilə qısamüddətli yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +32, +34 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): bəzi yerlərdə şimşəyin müşaiyəti və küləyin güclənməsi ilə qısamüddətli yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcə qeydə alınacaq. Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): bəzi yerlərdə şimşəyin müşaiyəti və küləyin güclənməsi ilə qısamüddətli yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +27, +32 dərəcə qeydə alınacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə şimşəyin müşaiyəti və küləyin güclənməsi ilə qısamüddətli yağış yağacaq. Bəzi yerlərdə dolu düşə bilər. Havanın temperaturu gündüz saatlarında +36, +38 dərəcə qeydə alınacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): bəzi yerlərdə şimşəyin müşaiyəti və küləyin güclənməsi ilə qısamüddətli yağış yağacaq. Bəzi yerlərdə dolu düşə bilər. Havanın temperaturu gündüz saatlarında +36, +38 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): şimşəyin müşaiyəti və küləyin güclənməsi ilə qısamüddətli yağış yağacaq. Bəzi yerlərdə dolu düşə bilər. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcə qeydə alınacaq. Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): şimşəyin müşaiyəti və küləyin güclənməsi ilə qısamüddətli yağış yağacaq. Bəzi yerlərdə dolu düşə bilər. Havanın temperaturu gündüz saatlarında +23, +28 dərəcə qeydə alınacaq.