Sinoptiklərin proqnozuna əsasən, Yeni il günlərində Gürcüstanda soyuq və qarlı hava şəraiti qorunub saxlanacaq

11:11, 30.12.2025

 

Milli Ətraf Mühit Agentliyi Yeni il günlərində gözlənilən hava proqnozu ilə bağlı məlumat yayır.

Sinoptiklərin proqnozuna əsasən, yanvarın 3-nə qədər Gürcüstanda soyuq və vaxtaşırı yağıntılı hava şəraiti qorunub saxlanacaq.

“Tbilisidə dekabrın 31-də günün sonunda ola bilsin zəif sulu qar müşahidə olunsun, yanvarın 1-i günün ikinci yarısından isə yanvarın 2-si səhərədək qar gözlənilir. Havanın temperaturu gecə saatlarında 0, −2, gündüz saatlarında isə +2, +4 dərəcə qeydə alınacaq.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): Havanın yağıntılı olacağı gözlənilir, əsasən qar şəklində. Havanın temperaturu gecə saatlarında 0,+2, gündüz saatlarında +5, +7 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): Havanın yağıntılı olacağı gözlənilir, əsasən qar şəklində. Havanın temperaturu gecə saatlarında 0,-2, gündüz saatlarında +4, +6 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): Qar və çovğun gözlənilir. Havanın temperaturu gecə saatlarında -5,-7, gündüz saatlarında 0, -2 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): Qar və çovğun gözlənilir. Havanın temperaturu gecə saatlarında -8,-10, gündüz saatlarında -3, -5 dərəcə qeydə alınacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): Bəzi yerlərdə qar gözlənilir. Havanın temperaturu gecə saatlarında -2,-4, Şida Kartlidə -7,-9, gündüz saatlarında isə +2, +4 dərəcə qeydə alınacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): Bəzi yerlərdə qar gözlənilir. Havanın temperaturu gecə saatlarında -3,-5, gündüz saatlarında +2, +4 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): Qar və çovğun gözlənilir. Havanın temperaturu gecə saatlarında -10,-12, gündüz saatlarında 0, -2 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Qar və çovğun gözlənilir. Havanın temperaturu gecə saatlarında -13,-15, gündüz saatlarında -3, -5 dərəcə qeydə alınacaq” – Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda deyilir.

Oxşar