Sinoptiklərin proqnozuna əsasən, yanvarın 21-dən cari həftənin sonuna qədər Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, yanvarın 21-dən cari həftənin sonuna qədər Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sinoptiklərin proqnozuna əsasən, Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +8, +10 dərəcə qeydə alınacaq, gecə saatlarında isə 0, -2 dərəcəyədək temperatur aşağı düşəcək.
“Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) : hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +13, +15 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) : hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +14, +16 dərəcəyədək yüksələcək, gecə isə bəzi yerlərdə 0, – 2 dərəcəyədək temperatur aşağı düşəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi) : hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +10, +12 dərəcə, gecə isə -8, -12 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro) : hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +4, +9, gecə isə -8, -13 dərəcə qeydə alınacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) : hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +4, +9 dərəcə qeydə alınacaq, gecə isə bəzi yerlərdə -7 dərəcəyədək temperatur aşağı düşəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) : hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +5, +10, gecə isə bəzi yerlərdə -3, -5 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri) : hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında 0, +5, gecə isə -8, -13 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) : hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında -3, +2, gecə isə -12, -17 dərəcə qeydə alınacaq” – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.