Sinoptiklərin proqnozuna əsasən, Şərqi Gürcüstanda avqustun 9-dək havanın temperaturu +40 dərəcəyə çatacaq

17:55, 04.08.2025

 

Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Gürcüstanda avqustun 9-dək yüksək temperatur qorunub saxlanacaq.

Sinoptiklərin məlumatına əsasən, Şərqi Gürcüstanda havanın temperaturu bəzi yerlərdə +38, +40 dərəcəyə çatacaq.

“Gözlənilən yüksək temperatur istilik stresi, meşə yanğınları riskini və quraqlıq şəraitinin formalaşmasını təşviq edən amildir. Təhlükə səviyyəsi orta” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.

Oxşar