Sinoptiklərin proqnozuna əsasən, sentyabrın 1-2-də Gürcüstanın əksər ərazisində vaxtaşırı yağıntılı hava şəraiti qorunub saxlanılacaq, şimşək çaxa, dolu düşə və külək güclənə bilər
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, sentyabrın 1-2-də Gürcüstanın əksər ərazisində vaxtaşırı yağıntılı hava şəraiti qorunub saxlanılacaq.
Agentliyin məlumatına əsasən, bəzi rayonlarda intensiv güclü yağış gözlənilir. Şimşək çaxa, dolu düşə və külək güclənə bilər.
Gözlənilən güclü yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda isə torpaq sürüşməsi və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi orta).