Sinoptiklərin proqnozuna əsasən, Qərbi Gürcüstanda mürəkkəb meteoroloji şərait fevralın 27-dək qorunub saxlanacaq
Milli Ətraf Mühit Agentliyi Qərbi Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Sinoptiklərin məlumatına əsasən, Qərbi Gürcüstanda mürəkkəb meteoroloji şərait fevralın 27-dək qorunub saxlanacaq: yağıntı, əsasən qar şəklində düşəcək, bəzi yerlərdə intensiv olacaq, duman, çovğun, yolların buz bağlaması, elektrik xətlərinin donması, təpəlik ərazilərdə sürüşmə proseslərinin inkişafı mümkündür. Ölkənin yüksək dağlıq rayonlarında qar uçqunu təhlükəsi qalmaqdadır.
“Güclü qar yağması, görmə məsafəsinin pisləşməsi, çovğun, yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəbindən avtomobil yollarının ayrı-ayrı hissələrində nəqliyyatın hərəkəti (təhlükə səviyyəsi yüksək) məhdudlaşdırıla bilər” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.