Sinoptiklərin proqnozuna əsasən, oktyabrın 29-da Gürcüstanda yağış yağacağı, külək əsəcəyi, dənizdə 4-5 bal gücündə fırtına olacağı, dağlıq zonalarda sürüşmə-sel prosesləri gözlənilir
Milli Ətraf Mühit Agentliyi oktyabrın 29-da Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Sinoptiklərin proqnozuna əsasən, oktyabrın 29-da Gürcüstanda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, güclü qərb küləyinin əsəcəyi, ola bilsin şimşək çaxacağı, dənizdə 4-5 bal gücündə fırtına olacağı gözlənilir.
“Gözlənilən yağıntı ola bilsin Gürcüstanın çaylarında suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (orta təhlükə dərəcəsi)” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.