Sinoptiklərin proqnozuna əsasən, oktyabrın 25-26-da Qərbi Gürcüstanda yağış, ölkənin yüksək dağlıq rayonlarında isə bəzi yerlərdə qar yağacağı gözlənilir
Sinoptiklərin proqnozuna əsasən, oktyabrın 25-26-da Qərbi Gürcüstanda yağış, ölkənin yüksək dağlıq rayonlarında isə bəzi yerlərdə qar yağacağı gözlənilir

 
Milli Ətraf Mühit Agentliyi oktyabrın 25-26-da Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

Sinoptiklərin məlumatına əsasən, Qərbi Gürcüstanda yağış, ölkənin yüksək dağlıq rayonlarında isə bəzi yerlərdə qar yağacağı gözlənilir.

“Gözlənilən yağıntı Qərbi Gürcüstanın çaylarında suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda çayın məcrasından çıxmasına, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə-sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər. (təhlükə səviyyəsi orta)” – Milli Ətraf Mühit Agentliyi tərəfindən yayılmış məlumatda deyilir.