Sinoptiklərin proqnozuna əsasən, oktyabrın 12-si axşam saatlarından oktyabrın 13-ü günün sonuna qədər Gürcüstanın əksər rayonlarında yağış yağacağı, şimşək çaxacağı, küləyin arabir güclənəcəyi gözlənilir
Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.
“Oktyabrın 12-si axşam saatlarından oktyabrın 13-ü günün sonuna qədər Gürcüstanın əksər rayonlarında yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, küləyin arabir güclənəcəyi gözlənilir, gündüz saatlarında Şərqi Gürcüstanda bəzi yerlərdə dolu düşə, dənizdə 3-4 ballıq fırtına ola bilər.
Gözlənilən yağıntı ola bilsin Gürcüstanın çaylarında suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (orta təhlükə dərəcəsi)” – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.