Sinoptiklərin proqnozuna əsasən, oktyabrın 1-i günün sonundan oktyabrın 3-ü günün ikinci yarısınadək Gürcüstanda vaxtaşırı yağıntı olacağı, bəzi yerlərdə isə güclü intensivlik qazanacağı gözlənilir
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, oktyabrın 1-i günün sonundan oktyabrın 3-ü günün ikinci yarısınadək Gürcüstanda yenidən vaxtaşırı yağıntı olacağı, ölkənin dağlıq və yüksək dağlıq rayonlarında, eləcə də Acara, Kaxeti və Kvemo Kartli regionlarında bəzi yerlərdə yağıntının güclü intensivlik qazanacağı gözlənilir.
Şimşək çaxması, dolu düşməsi, küləyin güclənməsi və dənizdə 3-4 bal gücündə fırtına olması mümkündür.
Agentliyin məlumatına əsasən, gözlənilən güclü yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq zonalarda isə torpaq sürüşməsi və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi orta).