Sinoptiklərin proqnozuna əsasən, noyabrın 7-dək Gürcüstanda isti və hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir
Sinoptiklərin proqnozuna əsasən, noyabrın 7-dək Gürcüstanda isti və hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

 

Milli Ətraf Mühit Agentliyi noyabrın 4-6-da Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

Sinoptiklərin proqnozuna əsasən, noyabrın 7-dək Gürcüstanda nisbətən isti və hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Noyabrın 4-də Kolxeti ovalığında və Zemo İmeretidə güclü şərq küləyi əsəcək.

Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz saatlarında havanın temperaturu +17, +19 dərəcə qeydə alınacaq.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): hava şəraiti isti və yağmursuz olacaq. Gündüz saatlarında havanın temperaturu +19, +21 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Noyabrın 4-də bəzi yerlərdə güclü şərq küləyi əsəcək. Havanın temperaturu +21, +23 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Noyabrın 4-də bəzi yerlərdə güclü şərq küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Noyabrın 4-də bəzi yerlərdə güclü şərq küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında +16, +18 dərəcə qeydə alınacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +17, +19 dərəcə qeydə alınacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +16, +18 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +15, +17 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +9, +14 dərəcə qeydə alınacaq” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.