Sinoptiklərin proqnozuna əsasən, mayın 24-dək Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti gözlənilir
Sinoptiklərin proqnozuna əsasən, mayın 24-dək Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti gözlənilir

 

Milli Ətraf Mühit Agentliyi mayın 22-24-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

Sinoptiklərin proqnozuna əsasən, mayın 24-dək Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti gözlənilir, mayın 24-də isə isti hava fonunda bəzi yerlərdə yağış yağacaq.

“Tbilisidə yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +24, +26 dərəcə qeydə alınacaq.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) hava isti olacaq və yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +24, +26 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) mayın 22-23-də hava isti olacaq və yağmursuz keçəcək, mayın 24-də isə bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +28, +30 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Ciatura, Saçxere, Xulo, Rikoti dağ keçidi) mayın 22-23-də havanın yağmursuz keçəcəyi gözlənilir, mayın 24-də isə bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +22, +27 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro) mayın 22-23-də havanın yağmursuz keçəcəyi gözlənilir, mayın 24-də isə bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +19, +24 dərəcə qeydə alınacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) mayın 22-23-də havanın yağmursuz keçəcəyi gözlənilir, mayın 24-də isə bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +21, +26 dərəcə qeydə alınacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) mayın 22-23-də hava yağmursuz keçəcək, mayın 24-də isə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir, şimşək çaxa və dolu düşə bilər. Havanın temperaturu gündüz saatlarında +20, +25 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri) mayın 22-23-də hava yağmursuz keçəcək, mayın 24-də isə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir, şimşək çaxa və dolu düşə bilər. Havanın temperaturu gündüz saatlarında +20, +25 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) mayın 22-23-də havanın yağmursuz keçəcəyi gözlənilir, mayın 24-də isə bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +15, +20 dərəcə qeydə alınacaq” – Milli Ətraf Mühit Agentliyi tərəfindən yayılan məlumatda deyilir.