Sinoptiklərin proqnozuna əsasən, mayın 21-i və 22-də Gürcüstanın əksər ərazisində vaxtaşırı yağıntı, dolu və dağlıq zonalarda sürüşmə-sel prosesləri gözlənilir

14:14, 20.05.2026

 

Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.

Sinoptiklərin proqnozuna əsasən, mayın 21-i və 22-də Gürcüstanın əksər ərazisində vaxtaşırı yağıntı, ölkənin şərq hissəsində bəzi yerlərdə güclü yağış, ildırım və dolu gözlənilir.

“Gözlənilən yağıntı ola bilsin Gürcüstanın çaylarında suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (orta təhlükə dərəcəsi)” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.

Oxşar