Sinoptiklərin proqnozuna əsasən, iyunun 24-də Gürcüstanın bəzi rayonlarında şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir, iyunun 25-26-da isə hava şəraiti əsasən yağmursuz keçəcək
Sinoptiklərin proqnozuna əsasən, iyunun 24-də Gürcüstanın bəzi rayonlarında şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir, iyunun 25-26-da isə hava şəraiti əsasən yağmursuz keçəcək.
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Tbilisidə hava şəraiti əsasən yağmursuz keçəcək; iyunun 24-də arabir güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında +26, iyunun 25-26-da isə +29, +31 dərəcə qeydə alınacaq.
“Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): İyunun 24-də ola bilsin az miqdarda şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağsın, havanın temperaturu gündüz saatlarında +24, +26 dərəcə qeydə alınacaq. İyunun 25-26-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, havanın temperaturu +27, +29 dərəcəyə qədər yüksələcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): İyunun 24-də az miqdarda şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı, iyunun 25-26-da isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında iyunun 24-də +24, +26, iyunun 25-i və 26-da isə +30, +32 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): İyunun 24-də şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı, iyunun 25-26-da isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında iyunun 24-də +20, +22, iyunun 25-i və 26-da isə +28, +30 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): İyunun 24-də şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı, iyunun 25-26-da isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında iyunun 24-də +18, +20, iyunun 25-i və 26-da isə +26, +28 dərəcə qeydə alınacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): İyunun 24-26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. İyunun 24-də güclü qərb küləyi əsəcək. Havanın temperaturu iyunun 24-də Şida Kartlidə +24,+26, iyunun 25-26-da +28, +30, Kvemo Kartlidə isə iyunun 24-26-da +29, +31 dərəcə qeydə alınacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): İyunun 24-26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +26, +28 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): İyunun 24-də ola bilsin az miqdarda şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağsın, iyunun 25-i və 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. İyunun 24-də havanın temperaturu +23, +25, iyunun 25-i və 26-da isə +27, +29 dərəcə olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): İyunun 24-də az miqdarda şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı, iyunun 25-26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. İyunun 24-də havanın temperaturu +16, +18, iyunun 25-i və 26-da isə +21, +23 dərəcə olacaq” – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.