Sinoptiklərin proqnozuna əsasən, iyulun 2-si axşam gec saatlardan iyulun 4-ü günün ikinci yarısına qədər Şərqi Gürcüstanın əksər rayonlarında yağış yağacağı gözlənilir, bəzi yerlərdə dolu yağması və küləyin güclənməsi mümkündür

Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, iyulun 2-si axşam gec saatlardan iyulun 4-ü günün ikinci yarısına qədər Şərqi Gürcüstanın əksər rayonlarında yağış yağacağı, bəzi yerlərdə güclü olacağı, şimşək çaxacağı gözlənilir, dolu yağması və vaxtaşırı küləyin güclənməsi mümkündür.

“Gözlənilən yağıntı ola bilsin Şərqi Gürcüstanın kiçik çaylarında daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (Orta təhlükə dərəcəsi)” – məlumatda qeyd olunub.