Sinoptiklərin proqnozuna əsasən, iyulun 14-15-də Gürcüstanın əksər bölgələrində havanın yağıntılı keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir
Milli Ətraf Mühit Agentliyi iyulun 14-15-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayır.
Agentliyin məlumatına əsasən, iyulun 14-ü günün sonundan iyulun 15-i günün birinci yarısınadək Sameqrelo-Zemo Svaneti, Raca-Leçxumi və Kvemo Svaneti, Samtsxe-Cavaxeti, Şida Kartli və Mtsxeta-Mtianeti bölgələrinin ərazisində arabir yağış yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi ehtimalı var.
Gözlənilən güclü yağışlar çaylarda suyun səviyyəsinin yüksəlməsinə, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin yaranmasına və fəallaşmasına səbəb ola bilər (təhlükə səviyyəsi orta).