Sinoptiklərin proqnozuna əsasən, Gürcüstanda oktyabrın 9-dan oktyabrın 11-dək yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir
Milli Ətraf Mühit Agentliyi 9-11 oktyabrda Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayır.
Sinoptiklərin proqnozuna əsasən, oktyabrın 9-dan oktyabrın 11-dək yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.
“Oktyabrın 9-dan oktyabrın 11-i günün birinci yarısınadək Gürcüstanda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir, şimşək çaxa, dolu düşə, arabir külək güclənə və dənizdə 4-6 bala qədər fırtına ola bilər.
Gözlənilən yağıntı ola bilsin Gürcüstanın çaylarında suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (yüksək təhlükə dərəcəsi)” – Milli Ətraf Mühit Agentliyi yazır.