Sinoptiklərin proqnozuna əsasən, Gürcüstanda noyabrın 29-dan hava şəraiti yaxşılaşacaq
Sinoptiklərin proqnozuna əsasən, Gürcüstanda noyabrın 29-dan hava şəraiti yaxşılaşacaq

 
Milli Ətraf Mühit Agentliyi noyabrın 29-30-da və dekabrın 1-2-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

Agentliyin məlumatına əsasən, Gürcüstanda noyabrın 29-dan hava şəraiti yaxşılaşacaq, yağış dayanacaq. Gündüz saatlarında Qərbi Gürcüstanda hava nisbətən isti olacaq, Şərqi Gürcüstanda isə soyuq hava şəraiti qorunacaq.

Tbilisidə dekabrın 2-dək yağmursuz hava şəraiti gözlənilir, dekabrın 2-də isə ola bilsin az miqdarda yağış yağsın və duman qeydə alınsın. Havanın temperaturu gündüz saatlarında +7, +9 dərəcə qeydə alınacaq.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) : hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +10, +15 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) : hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +10, +15 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi) : hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +7, +10 dərəcəyədək yüksələcək, gecə isə -5, -8 dərəcəyədək aşağı düşəcək.

Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro) : hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturunun gündüz saatlarında +2, +7 dərəcə olacağı gözlənilir, gecə isə -9, -12 dərəcəyədək aşağı düşəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) : hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +5, +10 dərəcə qeydə alınacaq, gecə isə Şida Kartlidə ola bilsin -5, -7 dərəcəyədək aşağı düşsün.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) : dekabrın 2-dək hava şəraiti əsasən yağmursuz keçəcək, dekabrın 2-də isə bəzi yerlərdə az miqdarda yağıntı və duman gözlənilir. Havanın temperaturu gündüz saatlarında +4, +9 dərəcə qeydə alınacaq, gecə isə ola bilsin -4 , -6 dərəcəyədək aşağı düşsün.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri) : hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +1, +6 dərəcə qeydə alınacaq, gecə isə -6, -10 dərəcəyədək aşağı düşəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) : hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında -4, +1 dərəcə qeydə alınacaq, gecə isə -8, -13 dərəcəyədək aşağı düşəcək.