Sinoptiklərin proqnozuna əsasən, Gürcüstanda fevralın 28-də və martın 1-i və 2-də gecə saatlarında havanın temperaturu xeyli aşağı düşəcək
Sinoptiklərin proqnozuna əsasən, Gürcüstanda fevralın 28-də və martın 1-i və 2-də gecə saatlarında havanın temperaturu xeyli aşağı düşəcək

 

Gürcüstanda fevralın 28-də və martın 1-i və 2-də gecə saatlarında havanın temperaturunun xeyli aşağı düşəcəyi gözlənilir.

Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Qərbi Gürcüstanın aran rayonlarında havanın temperaturu -5, -10, Şərqi Gürcüstanın düzənliklərində -7, -12, ölkənin dağlıq rayonlarında -13, -18, yüksək dağlıq zonada -18, -23 dərəcəyədək aşağı düşəcək.

Sinoptiklərin proqnozuna əsasən, Qərbi Gürcüstanın yollarında mürəkkəb meteoroloji şərait qorunub saxlanacaq: yolların buz bağlaması, elektrik xətlərinin donması, ölkənin yüksək dağlıq bölgəsində isə qar uçqunu təhlükəsi.

“Avtomobil yollarının ayrı-ayrı hissələrində güclü qar yağması, görmə məsafəsinin pisləşməsi, çovğun, yolun buz bağlaması və qar uçqunu təhlükəsinə görə nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər. Kolxeti düzənliyində gecə saatlarında havanın temperaturunun -5, -10 dərəcəyədək aşağı düşməsi sitrus bitkilərinə zərər verə bilər. Təhlükə səviyyəsi yüksəkdir” – məlumatda deyilir.