Sinoptiklərin proqnozuna əsasən, Gürcüstanda fevralın 19-21-də qar yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir
Sinoptiklərin proqnozuna əsasən, Gürcüstanda fevralın 19-21-də qar yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir

 
Gürcüstanda fevralın 19-21-də hava şəraitinin yağmurlu olacağı, yağıntının əsasən qar şəklində düşəcəyi, bəzi yerlərdə – güclü olacağı, dağlıq və yüksək dağlıq ərazilərdə – bəzi yerlərdə duman, çovğun, qar uçqunu təhlükəsi gözlənilir.

Bu haqda məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.

Sinoptiklərin proqnozuna əsasən, avtomobil yollarında – yolların buz bağlaması və elektrik xətlərinin buz bağlaması gözlənilir.

“Güclü qar yağması, görmə məsafəsinin pisləşməsi, çovğun, yolun buz bağlaması və qar uçqunu təhlükəsi ilə əlaqədar avtomobil yollarının ayrı-ayrı hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər. Təhlükə səviyyəsi orta ” – məlumatda deyilir.