Sinoptiklərin proqnozuna əsasən, fevralın 18-i və 19-da Gürcüstanda hava şəraitinin yağmurlu keçəcəyi, yüksək dağlıq bölgələrdə qar yağacağı gözlənilir
Sinoptiklərin proqnozuna əsasən, fevralın 18-i və 19-da Gürcüstanda hava şəraitinin yağmurlu keçəcəyi, yüksək dağlıq bölgələrdə qar yağacağı gözlənilir

 

Milli Ətraf Mühit Agentliyi fevralın 18-i və 19-da Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

“Fevralın 18-i günün sonundan fevralın 19-u günün sonuna qədər
Gürcüstanda yağış şəklində yağıntı gözlənilir, bəzi yerlərdə güclü olacaq, güclü qərb küləyi əsəcək və dənizdə 4–6 bala qədər fırtına olacaq.

Ölkənin yüksək dağlıq rayonlarında qar yağacağı, bəzi yerlərdə güclü olacağı, duman, çovğun və qar uçqunu təhlükəsi gözlənilir.

Güclü qar, çovğun, görünüş məsafəsinin pisləşməsi, yolların buz bağlaması və qar uçqunu təhlükəsinə görə avtomobil yollarının müəyyən hissələrində ola bilsin, nəqliyyatın hərəkəti məhdudlaşdırılsın.

Gözlənilən güclü yağıntı ola bilsin Gürcüstanın çaylarında suyun səviyyəsinin xeyli artmasına, Qərbi Gürcüstanın kiçik çaylarında daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (orta təhlükə dərəcəsi)” – Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda deyilir.