Sinoptiklərin proqnozuna əsasən, dekabrın 28-dən dekabrın 29-u səhərədək Gürcüstanda hava şəraitinin vaxtaşırı yağıntılı olacağı, dağlıq ərazilərdə bəzi yerlərdə güclü qar və çovğun olacağı gözlənilir
Milli Ətraf Mühit Agentliyi dekabrın 28-29-da Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Agentliyin məlumatına əsasən, dekabrın 28-dən 29-u səhərədək Gürcüstanda hava şəraitinin vaxtaşırı yağıntılı olacağı, dağlıq ərazilərdə bəzi yerlərdə güclü qar və çovğun olacağı gözlənilir.
“Dekabrın 28-dən dekabrın 29-u səhərədək Gürcüstanda hava şəraitinin vaxtaşırı yağıntılı olacağı, dağ və yüksək dağlıq ərazilərdə bəzi yerlərdə güclü qar və çovğun olacağı, güclü qərb küləyinin əsəcəyi, dənizdə 3-4 bal gücündə fırtına olacağı gözlənilir.
Gözlənilən yağıntılar Qərbi Gürcüstanın çaylarında suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda daşqınlara, dağlıq-təpəlik ərazilərdə sürüşmə prosesinin formalaşmasına-aktivləşməsinə, ölkənin yüksək dağlıq rayonlarında isə qar uçqunlarının yaranmasına səbəb ola bilər.
Avtomobil yollarının ayrı-ayrı hissələrində güclü qar, qar uçqunu təhlükəsi, yolun buz bağlaması və görmə məsafəsinin pisləşməsinə görə nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər (təhlükə səviyyəsi orta)” – agentlik tərəfindən yayılmış məlumatda deyilir.