Sinoptiklərin proqnozuna əsasən, dekabrın 16-17-də Gürcüstanda bəzi yerlərdə yağış yağacaq, yüksək dağlıq ərazilərdə qar yağacaq, dekabrın 18-də isə hava şəraiti əsasən yağmursuz keçəcək
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, dekabrın 16-17-də Gürcüstanda bəzi yerlərdə yağış yağacaq, yüksək dağlıq ərazilərdə qar yağacaq, dekabrın 18-də isə hava şəraiti əsasən yağmursuz keçəcək.
Sinoptiklərin məlumatına əsasən, Tbilisidə hava şəraiti əsasən yağmursuz keçəcək. Gündüz saatlarında havanın temperaturu +6, +8 dərəcə qeydə alınacaq.
“Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): dekabrın 16-da yağış yağacağı gözlənilir, dekabrın 17-18-də isə hava şəraiti yağmursuz keçəcək. Gündüz saatlarında havanın temperaturu +8, +10 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): dekabrın 16-da yağış yağacağı gözlənilir, dekabrın 17-18-də isə hava şəraiti yağmursuz keçəcək. Gündüz saatlarında havanın temperaturu +9, +11 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): dekabrın 16-da havanın yağmurlu keçəcəyi gözlənilir, dekabrın 17-18-də isə hava şəraiti yağmursuz keçəcək. Gündüz saatlarında havanın temperaturu +6, +8 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): dekabrın 16-da qar yağacağı gözlənilir, dekabrın 17-18-də isə hava şəraiti yağmursuz keçəcək. Gündüz saatlarında havanın temperaturu +1, +3 dərəcə qeydə alınacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz saatlarında havanın temperaturu +6, +8 dərəcə qeydə alınacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz saatlarında havanın temperaturu +7, +9 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): dekabrın 16-17-də bəzi yerlərdə az miqdarda qar qeydə alına bilər, dekabrın 18-də isə hava şəraiti əsasən yağmursuz keçəcək. Gündüz saatlarında havanın temperaturu +0, +2 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): dekabrın 16-17-də bəzi yerlərdə az miqdarda qar qeydə alına bilər, dekabrın 18-də isə hava şəraiti əsasən yağmursuz keçəcək. Gündüz saatlarında havanın temperaturu -2, -4 dərəcə qeydə alınacaq” – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.