Sinoptiklərin proqnozuna əsasən, avqustun 27-də bəzi yerlərdə yağış yağacaq, avqustun 28-29-da isə isti və əsasən yağmursuz hava şəraiti gözlənilir
Sinoptiklərin proqnozuna əsasən, avqustun 27-də bəzi yerlərdə yağış yağacaq, avqustun 28-29-da isə isti və əsasən yağmursuz hava şəraiti gözlənilir

 

Milli Ətraf Mühit Agentliyi avqustun 27-29-da Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

Agentliyin məlumatına əsasən, avqustun 27-də bəzi yerlərdə yağış yağacaq, avqustun 28-29-da isti və əsasən yağmursuz hava şəraiti gözlənilir.

Tbilisidə isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +33, +35 dərəcə qeydə alınacaq.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): Avqustun 27-də şimşəyin müşaiyəti ilə az miqdarda qısamüddətli yağış yağa bilər, avqustun 28-29-da isə hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +28, +30 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): Avqustun 27-də şimşəyin müşaiyəti ilə az miqdarda qısamüddətli yağış yağa bilər, avqustun 28-29-da isə hava şəraiti isti və əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): Avqustun 27-də şimşəyin müşaiyəti ilə az miqdarda qısamüddətli yağış yağa bilər, avqustun 28-29-da isə hava şəraiti isti və əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +28, +33 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): Avqustun 27-də şimşəyin müşaiyəti ilə az miqdarda qısamüddətli yağış yağa bilər, avqustun 28-29-da isə hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +25, +30 dərəcə qeydə alınacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): İsti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +33, +35 dərəcə qeydə alınacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): İsti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +33, +35 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): İsti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +28, +33 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +23, +28 dərəcə qeydə alınacaq.