Sinoptiklərin proqnozuna əsasən, avqustun 21-i gecədən günün sonuna kimi Qərbi Gürcüstanın əksər rayonlarında və Şərqi Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir

Milli Ətraf Mühit Agentliyi Gürcüstanda avqustun 21-nə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

Sinoptiklər avqustun 21-də ölkə ərazisində çox vaxt hava şəraitinin yağıntılı keçəcəyini proqnozlaşdırırlar.

“Avqustun 21-i gecədən günün sonuna kimi Qərbi Gürcüstanın əksər rayonlarında və Şərqi Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir, Qərbi Gürcüstanın dağlıq rayonlarında bəzi yerlərdə ola bilsin çox güclü olsun, şimşək çaxsın, dolu düşsün, bəzi yerlərdə güclü qərb küləyi əssin.

Gözlənilən yağıntı ola bilsin Gürcüstanın kiçik çaylarında daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (Orta təhlükə dərəcəsi)” – Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda deyilir.