Sinoptiklərin proqnozuna əsasən, aprelin 7-dək arabir yağış yağacağı və şimşək çaxacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir
Gürcüstanda aprelin 6-dan aprelin 7-dək arabir yağış yağacağı və şimşək çaxacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir, əsasən ölkənin qərb hissəsində – bu haqda məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.
Sinoptiklərin proqnozuna əsasən, həmçinin, külək də güclənə bilər.
Gözlənilən yağış ola bilsin çaylarda suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda isə daşqınlara səbəb olsun. Ölkənin yüksək dağlıq rayonlarında qar uçqunu formalaşa bilər, təpəlik-dağlıq və dağlıq ərazilərdə isə sürüşmə və daşqın proseslərinin başlanması və aktivləşməsi mümkündür. (Orta təhlükə dərəcəsi).