Sinoptiklərin proqnozuna əsasən, aprelin 2-3-də Gürcüstanda yağış yağacağı, şimşək çaxacağı, küləyin güclənməsi, çaylarda suyun səviyyəsinin artması və dağlıq ərazilərdə sürüşmə proseslərinin aktivləşməsi gözlənilir

Milli Ətraf Mühit Agentliyi aprelin 2-3-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.

Sinoptiklərin məlumatına əsasən, aprelin 2-si günün ikinci yarısından aprelin 3-ü günün sonuna kimi Gürcüstanda vaxtaşırı yağış yağacağı və şimşək çaxacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir, küləyin güclənməsi mümkündür.

“Gözlənilən yağış ola bilsin çaylarda suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda isə daşqınlara səbəb olsun. Ölkənin yüksək dağlıq rayonlarında qar uçqunu formalaşa bilər, təpəlik-dağlıq və dağlıq ərazilərdə sürüşmə və daşqın proseslərinin başlanması və aktivləşməsi mümkündür” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.