Sinoptiklərin proqnozuna əsasən, 19–21 avqust tarixlərində Gürcüstanda temperatur yüksələcək, bəzi rayonlarda isti hava şəraiti fonunda, şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir
Milli Ətraf Mühit Agentliyi 19–21 avqust tarixlərində Gürcüstanda gözlənilən hava şəraiti haqqında məlumat yayır.
Sinoptiklərin proqnozuna əsasən, yaxın günlərdə Gürcüstanın bəzi rayonlarında isti hava şəraiti fonunda, şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir.
Tbilisidə şimşək və küləyin güclənməsi ilə müşayiət olunan qısamüddətli yağış yağa bilər. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcə qeydə alınacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağa bilər. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): Bəzi yerlərdə qısamüddətli yağış yağması və şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +30, +32 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Ciatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): Bəzi yerlərdə qısamüddətli yağış yağması və şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +30, +32 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): Bəzi yerlərdə qısamüddətli yağış yağması və şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcə qeydə alınacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): Bəzi yerlərdə qısamüddətli yağış yağması və şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcə qeydə alınacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): Bəzi yerlərdə qısamüddətli yağış yağması və şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): Bəzi yerlərdə qısamüddətli yağış yağması və şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +28, +30 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Bəzi yerlərdə qısamüddətli yağış yağması və şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +23, +25 dərəcə qeydə alınacaq.