Sinoptiklərin məlumatına əsasən, aprelin 8-dən aprelin 11-dək Gürcüstanda yağış, yüksək dağlıq ərazilərdə bəzi yerlərdə qar yağacağı, dənizdə 4-5 bal gücündə fırtına olacağı gözlənilir
Sinoptiklərin məlumatına əsasən, aprelin 8-dən aprelin 11-dək Gürcüstanda yağış, yüksək dağlıq ərazilərdə bəzi yerlərdə qar yağacağı, dənizdə 4-5 bal gücündə fırtına olacağı gözlənilir

 

Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, aprelin 8-dən aprelin 11-dək Gürcüstanda yağış, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə bəzi yerlərdə qar yağacağı, güclü qərb küləyinin əsəcəyi, dənizdə 4-5 bal gücündə fırtına olacağı gözlənilir.

Sinoptiklərin məlumatına əsasən, gözlənilən güclü yağış ola bilsin çaylarda suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda isə daşqınlara səbəb olsun.

“Ölkənin yüksək dağlıq rayonlarında qar uçqunu formalaşa bilər, təpəlik-dağlıq və dağlıq ərazilərdə isə sürüşmə və daşqın proseslərinin başlanması və aktivləşməsi mümkündür. (Orta təhlükə dərəcəsi)” – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.