Sinoptiklər yaxın günlərdə hava şəraitinin isti və yağmursuz keçəcəyini proqnozlaşdırırlar, bəzi rayonlarda havanın temperaturu 29 dərəcəyədək yüksələcək
Milli Ətraf Mühit Agentliyi martın 14-16-da Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Agentliyin məlumatına əsasən, yaxın günlərdə Gürcüstanda isti və yağmursuz hava şəraiti davam edəcək.
“Tbilisidə hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +24, +26 dərəcə qeydə alınacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) : Hava şəraiti isti və yağmursuz olacaq. Havanın temperaturu gündüz saatlarında +25, +27 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) : Hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Ciatura, Saçxere, Xulo, Rikoti dağ keçidi) : Hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +24, +26 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): Hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +19, +21 dərəcə qeydə alınacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): Hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +25, +27 dərəcə qeydə alınacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): Hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +24, +26 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): Hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) : Hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +15, +17 dərəcə qeydə alınacaq” – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.