Sinoptiklər iyulun 21-23-də şərqi Gürcüstanda havanın temperaturunun 38-40 dərəcəyə yüksələcəyi haqda məlumat verirlər
Sinoptiklər iyulun 21-23-də şərqi Gürcüstanda havanın temperaturunun 38-40 dərəcəyə yüksələcəyinin gözlənildiyi haqda məlumat verirlər.
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, aran rayonlarında havanın temperaturu 38-40, dağlarda isə 34-36 dərəcəyə yüksələ bilər.
“Havanın gözlənilən yüksək temperaturu istilik stresi və meşə yanğınları riskini artıran şərait yaradır” – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.