Sinod patriarxlığa üç namizəd seçib - möhtərəm Şio, möhtərəm İobi və möhtərəm Qriqoli
Sinod patriarxlığa üç namizəd seçib - möhtərəm Şio, möhtərəm İobi və möhtərəm Qriqoli

 

Patriarxlıqda Müqəddəs Sinodun iclası başa çatıb.

İclasda Sinodun üzvləri patriarxlığa üç namizəd seçiblər.

Namizədlərdir: Katolikos-patriarxın taxtının varisi, Senaki və Çxorotsğunun mitropoliti Şio (Muciri), Mroveli-Urbneli mitropolit İobi (Akiaşvili), Poti və Xobinin mitropoliti möhtərəm Qriqoli (Berbicaşvili).

Gizli səsvermə nəticəsində namizədlərin səsləri belə bölünüb: patriarxlıq taxtının varisi Şio 20 səs, digər iki namizəd isə hər biri 7 səs alıb.

Üç namizəd arasından sonda patriarxı genişləndirilmiş kilsə iclası gizli səsvermə yolu ilə seçəcək.

Genişləndirilmiş iclasda katolikos-patriarxı seçmək üçün səsvermədə yalnız baş rahiblər iştirak edirlər. İclasda iştirak edən baş rahiblərin səslərinin yarısından çoxunu alan namizəd ümumi Gürcüstanın Katolikos-Patriarxı seçilmiş hesab olunacaq.

Genişləndirilmiş kilsə iclası mayın 17-nə qədər keçirilməlidir.