Sinqapurun Baş naziri – İrakli Kobaxidze ilə görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələlərinə dair yaxşı söhbətimiz oldu, münasibətlərin daha da dərinləşməsini səbirsizliklə gözləyirəm

20:09, 22.07.2026

 

Sinqapurun Baş naziri Lourens Vonq Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü barədə sosial şəbəkədə paylaşım edir.

Lourens Vonqun yazdığı kimi, görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın daha da gücləndirilməsinə toxunulub.

“Bu gün Sinqapurda baş nazir İrakli Kobaxidzeyə ev sahibliyi etməkdən şadam. Ticarət, texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə dair yaxşı söhbətimiz oldu. Həmçinin regional və qlobal proseslərlə bağlı fikir mübadiləsi apardıq. Sinqapur və Gürcüstan arasında münasibətlərin daha da dərinləşməsini səbirsizliklə gözləyirəm” – Sinqapurun Baş naziri yazır.

Oxşar