“Şindisi qəhrəmanları” hekayəsi kino ekranlarda canlanacaq. 2008-ci ilin 11 avqustunda Şindisi kəndində, 20 nəfərlik ikinci piyada briqadası və Rusiyanın 100 nəfərlik 58-ci hərbi motoatıcıları arasında baş vermiş qeyri-bərabər qarşıdurma haqqında rejissor Dito Tsintsadze film çəkir. Baş rolda Qoqa Pipinaşvilidir. O, öz canı bahasına döyüş meydanından 3 yaralanmış gürcü əsgərini çıxardıb, sağ qalanları isə bir neçə gün ərzində öz evində gizlədən kəndlini canlandırır. Filmin çəkilişləri artıq bitib və bu zamanlarda montaj prosesi başlayır. “Şindisi”nin premyerası 10 avqust üçün planlaşdırılır.
Hazırladı: Leyla Əkbərova, Rabil İsmayılov