Şimali Makedoniya Avropa Çempionatındadır
Şimali Makedoniya Avropa Çempionatındadır

Gürcüstan yığması öz tarixində ilk rəsmi matçını 1994-cü ildə keçirdi. Ondan sonra Avropa Çempionatının seçim mərhələsi elə keçdi ki, komandamız Avropaya bir dəfə də olsun çıxa bilmədi.

Məqsədə ən yaxın 2020-ci ildə olduq. Millətlər Liqasının “D” qrupunda birinci yeri tutduq, yarımfinalda Belarusu məğlubiyyətə uğratdıq və 12 noyabrda, finalda Makedoniya ilə görüşdük.

Çox bağlı matçda sözsüz ki, görüşün taleyi bir zərbə ilə həll olunmalı idi. Belə də oldu. Matçın ən yüksək səviyyəli futbolçusu, Qoran Pandev 56-cı dəqiqədə yaxşı kombinasiyanı qola çevirdi. Makedoniya 1:0 hesabı ilə qalib gəldi, Avropa Çempionatına ilk dfə çıxdı. Gürcüstanın Avropa arzusu isə, gələcək üçün təxirə salındı.