Şimali Koreyada yeni hərbi gəminin buraxılışı zamanı baş vermiş böyük qəza ilə əlaqədar gəmiqayırma zavodunun əməkdaşları saxlanılıb
Şimali Koreyada yeni hərbi gəminin buraxılışı zamanı baş vermiş böyük qəza ilə əlaqədar gəmiqayırma zavodunun əməkdaşları saxlanılıb

Şimali Koreya yeni hərbi gəminin buraxılışı zamanı baş vermiş genişmiqyaslı qəzaya görə məsul olan gəmiqayırma zavodunun əməkdaşlarını saxlayıb.

Şimali Koreyanın dövlət mediasının məlumatına görə, aparılan istintaq çərçivəsində Çoncin gəmiqayırma zavodunun baş mühəndisi, korpusun inşasına cavabdeh şəxs və inzibati işlər üzrə menecerin müavini saxlanılıb.

Uğursuz buraxılış nəticəsində 5.000 tonluq hərbi gəmi zədələnib və bu hadisəyə ölkə lideri Kim Çen In da şəxsən şahid olub. O, qəzanın ölkənin nüfuzuna xələl yetirdiyini bildirib və günahkarların cəzalandırılacağına söz verib.

Kim Çen In insidenti tənqid edərək onu “etinasızlıq” adlandırıb və gəminin iyun ayında keçiriləcək partiya toplantısına qədər tam bərpa olunması göstərişini verib.